Fail-soft operation

İmtinaya dayanıqlı əməliyyat – sistemin qəza baş verdikdə mümkün qədər çox funksiyanı və verilənləri qoruyub saxlamaq qabiliyyəti.
Fail-secure, Fail-safe
Failover
OBASTAN VİKİ
Fail Mayılov
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. == Fon == Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.